RUSİYA

Ukrayna hakimiyyətini anqlosakslar formalaşdıracaq - Rusiya XİN-in nümayəndəsi

Zaxarova xatırladıb ki, bu qanun dövlət orqanlarının işində ingilis dilindən istifadəni nəzərdə tutur.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Ali Radanın ingilis dilinin beynəlxalq ünsiyyət dili statusu haqqında qanunu qəbul etməsi Ukraynada hakimiyyətin anqlosakslar tərəfindən formalaşdırılacağı anlamına gəlir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bundan əvvəl Ali Rada Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri kimi ingilis dili haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Zaxarova xatırladıb ki, bu qanun dövlət orqanlarının işində ingilis dilindən istifadəni nəzərdə tutur.
"Bu, o deməkdir ki, hakimiyyət ingilis dili olan insanlar tərəfindən formalaşacaq" - Zaxarova SPIEF 2024 çərçivəsində keçirilən brifinqdə deyib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 5-dən 8-dək keçirilib.