SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakan Fidan sabah Rusiyada olacaq

Türkiyə XİN rəhbəri Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq BRICS+ sessiyasında iştirak edəcək.
Sputnik
BAKI, 9 iyun - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun 2024-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək”, –məlumatda bildirilir.
Məlumata görə, XİN rəhbəri Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq BRICS+ sessiyasında iştirak edəcək.
01.03.24, 16:58
Lavrov və Fidan görüşdü: Nələr müzakirə olundu?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində Yaxın Şərq, Şimali Afrika və Qara dəniz bölgəsindəki vəziyyəti müzakirə ediblər.
"Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə söhbət zamanı beynəlxalq gündəmin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq, Şimali Afrika və Qara dəniz bölgəsindəki vəziyyətə toxunulub", - məlumatda deyilir.
Rusiya XİN-in qeyd edib ki, nazirlər həmçinin Rusiya-Türkiyə siyasi dialoqu və ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri üzrə saatların yoxlanmasını həyata keçiriblər.
Xatırladaq ki, bundan bir müddət əvvəl Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü gerçəkləşməşdi.