BAKI, 8 iyun — Sputnik. Ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya özünün bütün mövcud arsenalından istifadə edəcək.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Rossiya 1" telekanalında bildirib.
Bu bəyanat Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində verilib.
Eyni zamanda, Matviyenko vurğulayıb ki, insan səviyyəsində o yaxınlaşan təhlükəni, xüsusən də yaxınlaşan nüvə müharibəsini hiss etmir.
"İnsan səviyyəsində hisslərim yoxdur, amma tendensiyalar yaxşı deyil" – Matviyenko bildirib.
Əgər ölkənin mövcudluğuna təhlükə yaranarsa, o zaman Rusiya, Matviyenkonun fikrincə, bütün mövcud arsenaldan istifadə edəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasını təhdid edən təhlükədən danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.