RUSİYA

Azərbaycan “İnterviziya” beynəlxalq musiqi müsabiqəsində təmsil olunacaq

RF prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi bildirib ki, 16-dan çox ölkə “Avroviziya”nın Rusiya ekvivalentində iştirakını təsdiqləyib.
Sputnik
BAKI, 8 iyun - Sputnik. Azərbaycan “İnterviziya” beynəlxalq populyar musiqi müsabiqəsində iştirakını təsdiqləyib. Bu barədə Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, 16-dan çox ölkə “Avroviziya”nın Rusiya ekvivalentində iştirakını təsdiqləyib.
Şvıdkoyun sözlərinə görə, baxışın özü 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində baş tutacaq.

"İnterviziyaya böyük maraq olduğu bu gün artıq göz qabağındadır. Bura Latın Amerikası, Mərkəzi Asiya, MDB ölkələri daxildir və bildiyimə görə, bəzi Avropa dövlətləri belə, Çin, Belarus, Azərbaycan, Qazaxıstan, Kuba və Braziliya iştirakını təsdiqləyiblər”, - Şvıdkoy deyib.

İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.