RUSİYA

Rusiya SPBİF-ə ev sahibliyi etməklə öz firavanlığını nümayiş etdirir

Rusiya bir çox ölkələrin ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, güzəştə getmədiyini nümayiş etdrir.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Rusiya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPBİF) ev sahibliyi etməklə öz çiçəklənməsini nümayiş etdirir.
Bunu ABŞ-dan olan politoloq və analitik Con Kavuliç "TASS"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya bir çox ölkələrin ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, güzəştə getmədiyini nümayiş etdrir.
Ötən gün El Salvador Prezidenti Nayib Bukele de qeyd etmişdi ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu məhv etmək mümkün deyil.
Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə söhbəti zamanı bildirib ki, Rusiya Qərbin sanksiyalarına görə çatışmayan hər şeyi müstəqil şəkildə istehsal edəcək.
Xatirladaq ki, Serbiya Respublikası Prezidenti Milorad Dodik sanksiyalar qarşısında Rusiyaya dəstəyini ifadə etmək üçün SPBİF-də iştirak edəcəyini bildirib. O bildirib ki, Qərb ölkələri hər gün Serb Respublikasından Moskvaya qoyulan məhdudiyyətləri dəstəkləməyi tələb edirlər. Putinlə Dodik arasında bir gün əvvəl baş tutan görüşdə Rusiya lideri bildirib ki, bu il ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunub.