RUSİYA

Peskov: Baydenin Putini təhqir etməsi onun öz reputasiyasına xələl gətirir

Kreml rəsmisi vurğulayıb ki, Putin belə kobudluğa reaksiya vermir və ona görə də bu şəkildə cavab verməyəcək.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Amerikalı həmkarı Co Baydenin Rusiya Prezidenti Vladimir Putini təhqir etməsi ABŞ liderinin öz reputasiyasına xələl gətirir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "Al Arabiya" telekanalına açıqlamasında söyləyib.
"ABŞ prezidentinin Putinlə bağlı açıqlamaları yalnız Baydenin öz reputasiyasına xələl gətirir" – Peskov bildirib.
Kreml rəsmisi vurğulayıb ki, Putin belə kobudluğa reaksiya vermir və ona görə də bu şəkildə cavab verməyəcək.
Bundan əvvəl Baydenin Putini "diktator" adlandırdığı və onu 40 ildən artıqdır tanıdığını söylədiyi, daha sonra isə növbəti dəfə Rusiya dövlətinin başçısını "sərt tiran" adlandıraraq təhqiramiz ifadələr işlətdiyi bildirilirib.