BAKI, 6 iyun — Sputnik. Uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz. Bunu Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin deyib.
Oreşkin Sankt-Peterburq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı deyib ki, dövlət suverenliyi olmadan iqtisadi suverenlik olmayacaq:
"Bu, göz qabağındadır və uğurlu ordu olmadan uğurlu iqtisadiyyat da olmayacaq".
O əlavə edib ki, iqtisadi suverenlik olmadan dövlət suverenliyi də mümkün deyil.
"Rusiya iqtisadiyyatı:milli məqsədlərə nail olmağı necə təmin etmək olar" sessiyasında o, növbəti 6 il üçün üç səviyyədə - dövlət, mədəni dəyər və iqtisadi suverenliyin təmin edilməsi üzrə hədəfləri açıqlayıb:
"Dövlət nöqteyi-nəzərindən, əlbəttə ki, qarşıdakı altı ildə əsas vəzifə silahlı qüvvələrimizin xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, yeni texnoloji həllər nəzərə alınmaqla modernləşdirilməsidir. Bizim yeni müdafiə nazirimiz var, ona bu vəzifə həvalə edilib".
"Mədəni dəyər səviyyəsi təhsillə, mədəniyyətin, məktəbin və buna təsir edən digər institutların inkişafı ilə bağlıdır, üçüncüsü isə iqtisadi suverenlikdir. onun üç əsas elementi isə texnologiya, kadrlar, maliyyədir. Buna görə də, bu istiqamətlərin hər biri üçün suverenliyin təmin edilməsi növbəti altı il üçün üç əsas hədəfdir" - Rusiya Prezident Administrasiyası rəhbərinin müavini deyib.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Builki forumun mövzusu: "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır".