DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Olimpiya Oyunlarından əvvəl 12 minə yaxın evsiz Parisdən çıxarılıb

Parisdən kənara köçürülənlər arasında sığınacaq axtaranlar və onsuz da təhlükəli vəziyyətdə olan uşaqlı ailələr var.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Olimpiya Oyunları ərəfəsində şəhərin "təmizlənməsi" çərçivəsində azı 12 min evsiz Parisdən kənara aparılıb.
"The Guardian" qəzeti bu barədə yazıb.
"Le Revers de la Médaille"nin kollektivi tərəfindən hazırlanan hesabata görə, köçürülənlər arasında sığınacaq axtaranlar və onsuz da təhlükəli vəziyyətdə olan uşaqlı ailələr var. Narkomanlar və fahişələr də "adi yaşayış yerlərindən" rədd ediliblər.
"Dünya Həkimləri" sağlamlıq monitorinqinin koordinatoru Pol Alauzi vurğulayıb ki, uzunmüddətli perspektivdə evsizlik problemini həll etmək üçün Fransanın ən azı 20 min evə ehtiyacı var. O, Paris hakimiyyətini "sosial təmizləmə"də ittiham edib.
Onu da qeyd edək ki, bu yaxınlarda məlum olub ki, nasos stansiyasındakı problemlər səbəbindən Parisdəki məşhur Sena çayına 50 milyon litrə yaxın çirkab su axıb.