BAKI, 6 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin ABŞ və NATO ilə münaqişədə olan ölkələrə silah tədarükü təklifi "xarici siyasətimizdə çox mühüm dəyişiklikdir".
Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev qeyd edib ki, "ABŞ və müttəfiqləri üçüncü tərəflər tərəfindən Rusiya silahlarının birbaşa istifadəsini öz üzərilərində hiss etməlidirlər".
"Qoy hələ adı açıqlanmayan "regionların" Rusiya silahlarından istifadə etməsi onların və bizim rəqiblərimiz üçün mümkün qədər dağıdıcı olsun. Qoy "Kiyevə silah verən dövlətlərin həssas obyektləri" cəhənnəm alovunda yansınlar. Onları idarə edənlərlə birlikdə yansınlar", - Medvedev özünün "Telegram" kanalında yazıb.
Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, Rusiya silahlarımızın ümumi düşmənlərə uğurlu zərbələri ilə sevinəcək.
Xatırladaq ki, Putin Sankt-Peterburqda xarici KİV rəhbərləri ilə görüşdə ABŞ və Şimali Atlantika Alyansı ölkələrinin əleyhdarlarını silahla təmin etmək ideyasını səsləndirilib.