RUSİYA

KTMT-də nələri müzakirə ediblər?

Təhlükəsizlik Şuraları Katibləri Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə, bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini müzakirə ediblər.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin Almatıda keçirilən iclasının iştirakçıları təşkilatın təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması üzrə tədbirləri müzakirə ediblər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə, bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, hərbi, antiterror və miqrasiya sahələrində çağırış və təhdidlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına, habelə informasiya sahəsindəki boşluqlara xüsusi diqqət yetirildiyi qeyd edilib.