TƏHSİL

Sertifikasiyadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə, yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.
E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq: "Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq".
06.07.23, 11:19
Emin Əmrullayev sertifikasiya imtahanının nəticələri barədə
Sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə yekunlaşacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Məqsədimiz müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Həmçinin bu yöndə yeni yanaşmalar da tətbiq edəcəyik", - nazir əlavə edib.
Nazir deyib ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib. O bildirib ki, 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.