DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin qorxusu: Ukrayna məğlub olsa, Avropa daha böyük sərbəstlik əldə edəcək

Bayden deyib ki, NATO sağ qalmalıdır. Əks halda Şərqi Avropa dövlətləri Rusiya Federasiyasının təsiri altına düşəcəklər.
Sputnik
BAKI, 6 iyun — Sputnik. ABŞ Prezidenti Co Bayden Ukraynanın məğlubiyyətindən qorxur.
Bunun səbəblərini o, "Time" nəşrinə müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, Kiyev rejimi süqut edərsə, "Balkanlardan Belarusa qədər" Avropa ölkələri daha böyük sərbəstlik əldə edəcəklər. Bu fakt ABŞ liderini ən çox qorxudur.
Ona görə də Bayden prezidentlik yarışında qalib gəlmək niyyətindədir. Sonra isə o, "uzun müddət üçün Avropanın gələcəyini təyin edəcək".
"Siz Rusiyanın faktiki sərhədi boyunca olan bütün bu ölkələrin necə özbaşına vəziyyətə düşəcəyini görəcəksiniz" - Bayden Ukraynanın dağılmasının nəticələri barədə xəbərdarlıq edib.
O əlavə edib ki, NATO sağ qalmalıdır. Əks halda Şərqi Avropa dövlətləri Rusiya Federasiyasının təsiri altına düşəcəklər.
Əvvəllər analitiklər qeyd edirdilər ki, Qərb siyasəti özünün sənaye və iqtisadi uğursuzluğunu göstərib. Bu, Ukrayna Silahlı Qüvvələrinin dağılmasına gətirib çıxaracaq.