İNFOQRAFİKA

Aİİ-də kənd təsərrüfatı istehsalı

Rusiyada kənd təsərrüfatı məhsullarının istehsalında 1,2% artım qeydə alınıb. Aİİ-də kənd təsərrüfatı istehsalı haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Sputnik
Cari ilin yanvar-mart aylarında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində bütün kateqoriyalar üzrə təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% artıb.
Artım Aİİ-yə üzv olan dövlətlərin hamısında qeydə alınıb. Eyni zamanda, kənd təsərrüfatında istehsalın ən böyük artımı Belarusda - 6,8% və Ermənistanda - 4,5% müşahidə olunub.
İnfoqrafika: AİB-də kənd təsərrüaftı istehsalı
Bundan əlavə, Rusiyada 1,2%, Qazaxıstanda 1,6% və Qırğızıstanda 1,4% səviyyəsində artım qeydə alınıb.
2024-cü ilin yanvar-mart aylarında Aİİ-də kəsim üçün ətlik mal-qara və quş istehsalı (canlı çəkidə) 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,7% artıb, süd 33,4% və yumurta istehsalı isə 0,5% azalıb.