BAKI, 6 iyun — Sputnik. Aİ-nin alyans çərçivəsindən kənarda öz müdafiəsini inkişaf etdirməsi çox təhlükəlidir, çünki Avropa ABŞ-ın iştirakı olmadan özünü müdafiə edə bilməz. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyada keçirilən forumda çıxışı zamanı deyib.
"Transatlantik əlaqələri pozmamaq şərti ilə Aİ ölkələrinin öz müdafiələrini inkişaf etdirmələrini dəstəkləyirəm. NATO funksiyalarının təkrarlanması çərçivəsində baş verən hər şey Avropanın müdafiəsini zəiflədəcək, çünki indi Avropanın müdafiəsi təkcə Aİ ölkələri tərəfindən deyil, həm də Avropadan kənar tərəfdaşlar, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və başqaları tərəfindən təmin edilir" - Stoltenberq deyib.
Stoltenberq həmçinin Aİ daxilində NATO-ya paralel hərbi komandanlıq strukturlarının qurulmasına qarşı çıxıb. Onun sözlərinə görə, bu, müttəfiqliyi zəiflədə bilər.