İyunun 5-də Rusiyanın şimal paytaxtında XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) öz işinə başlayıb. Forum iyunun 8-dək davam edəcək.
Əsas müzakirə mövzusu “Çoxqütblü dünyanın əsası – yeni artım nöqtələrinin formalaşması”dır.
Forumda 136 ölkə iştirak edir, onlardan 45-i yüksək səviyyədə təmsil olunur.
Peterburq Beynəlxalq İqtisadi Forumu dünyanın ən böyük və əhəmiyyətli biznes tədbirlərindən biridir.
Forum 27 ildir ki, davamlı inkişafın təmin edilməsi məqsədilə qlobal iqtisadiyyatın əsas məsələlərinin müzakirəsi və dünyanın qabaqcıl təcrübə və səriştələrinin mübadiləsi üçün dünyanın aparıcı platforması statusunu qazanıb.
SPIEF 1997-ci ildən başlayaraq hər il keçirilir. 2006-cı ildən Forum Rusiya Federasiyası Prezidentinin himayəsi və iştirakı ilə keçirilir.
Forumun gedişindən ən maraqlı məqamlara Sputnik Azərbaycan-ın fotolentində baxın.