RUSİYA

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayır

Bildirilib ki, bu dəfəki əsas mövzu "Çoxqütblülüyün əsası yeni inkişaf mərkəzlərinin formalaşmasıdır" olacaq.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2024) işə başlayır. Məlumata görə, SPIEF-2024 iyunun 5-də işə başlayan forum iyunun 8-dək davam edəcək .
SPIEF 2024-ün əsas biznes proqramı dörd tematik sahəyə bölünür: "Dünya iqtisadiyyatının çoxqütblü modelinə keçid", "Rusiya iqtisadiyyatı: yeni dövrün məqsəd və vəzifələri", "Liderliyi təmin edən texnologiyalar", "Sağlam cəmiyyət, Ənənəvi dəyərlər və sosial inkişaf - prioritetlər" qeyd edilir.
SPIEF 2024-cü ildə artıq ənənə halını almış geniş miqyasda keçiriləcək.
Artıq 128-dən çox dövlət tədbirdə iştirak etmək üçün müraciət edib və iştirakçılarınsayına nəzər yetirsək, 12 mindən çox müraciət olub. Onların hamısı dünyanın aparıcı iqtisadi ekspertləri, dövlət xadimləri, ən yaxşı sahibkarlar və analitiklərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.