RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya silahları: "Depeşa", "Baggi", "İmpuls" yerüstü dronları - bugünkü gələcək

Rusiya müdafiə sənayesi müəssisələri qlobal yüksək texnologiya yarışında liderdirlər.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Robotlaşdırılmış silah kompleksləri və döyüş şəraitində müstəqil fəaliyyət göstərə bilən süni intellektə malik robotlar döyüş tətbiqinin bütün sahələrini - havada, dənizdə, quruda inamla ələ keçirirlər və bu, Rusiya Silahlı Qüvvələrinin indiki günüdür. Rusiya müdafiə sənayesi müəssisələri qlobal yüksək texnologiya yarışında liderdirlər. Ukraynadakı xüsusi hərbi əməliyyat (XHƏ) Rusiyanın kəşfiyyat və hücum PUA-larının, dəniz dronlarının və yerüstü çoxməqsədli pilotsuz uçuş aparatların hazırlanmasını və kütləvi istehsalını əhəmiyyətli dərəcədə sürətləndirib.
"Depeşa", "Baggi", "İmpuls-M" kimi üç yeni yerüstü çoxfunksiyalı robotlaşdırılmış komplekslər poliqonlarda və XHƏ zonasında uğurla sınaqdan keçirilir. Ağıllı maşınlar təyinat, idarəetmə prinsipləri və faydalı yük baxımından fərqlidirlər, lakin döyüş meydanında onlar bərabər (yüksək) səmərəlilik nümayiş etdirirlər və qoşunlarda olması (böyük miqdarda) gözlənilir.
Mümkün qədər çox insanın döyüş təmas xəttindən çıxarılması zamanın tələbidir. Kəşfiyyat, hücum və minalardan təmizləmə robotlarından istifadə bölmələrin yüksək döyüş effektivliyini və bir çox hərbçilərin həyatını xilas edəcək. Bu cür döyüş texnikaları Ukrayna hərbi əməliyyatlar teatrında getdikcə daha çox nəzərə çarpır.
Minaaxtaran, arxiv
"Yerdəki" ilk FPV dronu
Tırtıllı platformada "Depeşa" robotlaşdırılmış kompleks Alət Dizayn Bürosu (ADB) müəssisəsinin mütəxəssisləri tərəfindən ("Rostex"in tərkibində) hazırlanıb. Operator tərəfindən FPV dəbilqəsi və coystik ilə uzaqdan idarə olunan maşın müxtəlif modifikasiyalarda düşmənin şəxsi qüvvəsini və istehkamlarını (kamikadze) məhv etməyə, əraziləri minalamağa (istehkamçı), sursatları sakitcə cəbhə xəttinə çatdırmağa və yaralıları təxliyə etməyə qadirdir. Onun faydalı yükü 150 kq-dır, operatorla əlaqə diapazonu və enerji ehtiyatı açıqlanmır.
Yerüstü robotlaşdırılmış kompleksləri yaratmaq daha çətindir. Maşınlar ərazinin relyefini nəzərə alaraq hərəkət etməyi, maneələri aşmağı, öz texniki vasitələri və peyk naviqasiyası hesabına istiqamətlənməyi və marşrutu təyin etməyi, hədəfləri aşkar etməyi öyrənməlidirlər. Ən çətin problem döyüş meydanında maşınların və insanların koordinasiyalı hərəkətləridir. Heç bir robotlaşdırılmış sistem döyüş təcrübəsini insandan daha sürətli mənimsəməyə qadir deyil. Taktikaları proqramlaşdırmaq çətindir, çünki bu, ümumi prinsiplərin olduğu və hər hansı bir vəziyyəti "rəqəmsallaşdırmaq" üçün universal formulların olmadığı hərbi sənətinin bir hissəsidir. Hələ ki, operatorsuz idarə etmək mümkün deyil, lakin ağıllı maşınların müstəqil idarəetməsinin artması zamanın tələbidir.
Döyüşdə etibarlı köməkçi
Təkərli şassidəki çoxfunksiyalı "Baggi" robotlaşdırılmış kompleks "Siqnal" Ümumrusiya Tədqiqat İnstitutu (həmçinin "Rostex"in tərkibində) tərəfindən yaradılıb. Bu sistem döyüş meydanında çox sayda zərbə (kamikadze) və köməkçi tapşırıqları yerinə yetirməyə qadirdir. Yığcam və etibarlı "Baggi" yüksək manevr qabiliyyətinə malikdir və operator tərəfindən coystik və planşet vasitəsilə idarə olunur. Onun maksimum faydalı yükü - 250 kq-dir. İnkişaf ciddi və yüksək texnologiyalıdır. Xatırladım ki, "Siqnal" Tədqiqat İnstitutu naviqasiya sistemlərini, top artilleriyası və reaktiv yaylım atəş sistemi (RYAS) üçün avtomatlaşdırılmış atəşə nəzarət sistemləri hazırlayır. Müəssisənin mütəxəssisləri 2023-cü ildə xüsusilə tələb olunan silahlar üçün komponentlərin istehsalını 2,5 dəfə artırıblar.
Ən ağıllı və ən ağır kompleks
XHƏ-nin təcrübəsini nəzərə alınmaqla hazırlanmış "İmpuls-M" yerüstü robotlaşdırılmış platforma tank əleyhinə kompleksi olan universal raket robotunun modifikasiyasında Ukrayna hərbi əməliyyatlar teatrında döyüş tapşırıqlarının yerinə yetirilməsini əhatə edən poliqon sınaqları mərhələsinə yüksəlib. Proqram təminatı müxtəlif döyüş modullarını birləşdirməyə və mürəkkəb logistika problemlərini müstəqil həll etməyə imkan verir. Döyüş meydanında bu cür maşınların əsas məqsədi düşmənin yüksək texnoloji məhv edilməsidir.
Çoxməqsədli "İmpuls-M" robotu trtıllı şassiyə malikdir. Onun faydalı yükü 500 kq-a qədərdir və daha 1500 kq-ı qoşquda özü ilə çəkə bilir. Süni intellekt elementləri olan idarəetmə sistemi platformaya avtomatik rejimdə işləməyə, operator tərəfindən idarə edildikdə isə rabitə itdiyi zaman belə müstəqil şəkildə bazaya qayıtmağa imkan verir. Bu sistem döyüş şəraitində sınaqdan keçirilib və qoşunlar arasında onun "təcrübə" nəticələrinə əsasən, robot əla xarakteristika əldə edib.
Yeni Üfüqlər
Son vaxtlara qədər robototexnika üzrə mütəxəssislər hesab ediblər ki, birləşmiş döyüş şəraitində hədəflərin tanınmasının etibarlılığı və atəşə tutulma vəziyyətində qərarı yalnız insana, operatora həvalə edilə bilər. XXI əsrin texnologiyaları, süni intellektin və əlaqəli texniki görmə sistemlərinin inkişafı sayəsində qeyri-mümkün üfüq geri çəkilir, Rusiya ordusunun robotlaşdırılmış sistemləri döyüş variantlarının çeşidini və qərarların müstəqil dərəcəsini fəal şəkildə artırır. Yerüstü döyüş robotları tərəfindən hədəflərin müstəqil aşkarlanması və məhv edilməsi tədricən normaya çevrilir və düşmən üzərində mütləq texnoloji üstünlüyə nail olmağa imkan verir.
Burada "Soratnik" döyüş robotunun, mina təmizləyən "Stalker" robotlaşdırılmış kompleksinin, "Uran"ın bütün xəttinin və T-14-ün süni intellektə malik olan robotlaşdırılmış versiyasının imkanlarını xatırlatmaq yerinə düşər. Təbii ki, siyahı tam deyil. Çoxfunksiyalı robotların bölmələri 2025-ci ilə qədər Rusiya qoşunlarının arsenalında olacaq. Robotlaşdırılmış komplekslərin inkişafı və döyüş tətbiqi konsepsiyasına görə, 2025-ci ilə qədər Rusiya ordusunun silahlarının strukturunda robotların payı 30 faizə çatacaq. Bu sistemlərin əhəmiyyətli bir hissəsi süni intellektin nəzarəti altında müstəqil şəkildə işləyəcək. Rusiyalı proqramçıları, dizaynerləri və mühəndislərinin robotların bütün mərhələlərdə tam müstəqil olmasına çox az vaxt qalıb (döyüş meydanından məlumat almaqdan tutmuş qərar qəbul etməyə və silahdan istifadə etməyə qədər).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.