RUSİYA

Rusiya səfirliyi: İsveçin söz azadlığı arxasında rusofobiya və riyakarlığı gizlədilir

İsveç "söz azadlığı krallığında" əgər kimsə ondan Rusiyaya simpatiyasını bildirmək üçün istifadə etmək istəsə, bu azadlıq dərhal unudulur
Sputnik
BAKI, 5 iyun — Sputnik. İsveç qürurla ölkədə "söz azadlığını" və qərarların qəbulunda bütün dövlət orqanlarının və medianın müstəqilliyini elan edir.
Bu sözlərin arxasında əslində nə gizlənildiyi barədə Rusiyanın Stokholmdakı səfirliyində söhbət açılıb.
Diplomatlar İsveç KİV-lərinin Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Müdafiəsi və Dəstəyi üzrə Rusiya Fondunun işini "müstəqil təhlil etmək" cəhdlərini şərh ediblər. Jurnalistlərin bütün qənaətləri təşkilatı nüfuzdan salıb.
Səfirliyin məlumatına görə, bu, materialın İsveçin siyasi rəhbərliyi tərəfindən sifariş edildiyini sübut edir. Ona görə də "media müstəqilliyi" ilə bağlı sözlər ikiüzlülük və rusofobiyanı gizlədən sadə bir şirmadır.

"İsveç "söz azadlığı krallığında" əgər kimsə ondan Rusiyaya simpatiyasını bildirmək üçün istifadə etmək istəsə, bu azadlıq dərhal unudulur", - diplomatlar qeyd ediblər.

Onlar xatırladıblar ki, qeyri-kommersiya təşkilatı rusiyalıları dəstəkləyir. O, həmçinin bir sıra humanitar layihələrdə iştirak edir.
Daha əvvəl İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Yonson ukraynalıların guya Rusiya Federasiyası ərazisini Qərb silahları ilə vurmaq hüququna malik olduğu barədə fikir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.