RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Makrona Ukraynadakı ölkənin təlimatçılarına hücumla cavab vermək iqtidarındadır

Fransa hazırda həm öz əsgərlərini, həm də bütün Qərbi təhlükə altında qoyur.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Fransa lideri Emmanuel Makron ölkənin təlimatçılarını Ukraynaya göndərmək qərarına gəlib. "Washington Post"un köşə yazarı Li Hokstader belə olan halda ordunu nə gözlədiyi ehtimalını bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Parisin təcavüzünə hərbi cavab verə bilər. Bununla da o, hazırda Qərb ölkələri arasında Moskvanın ən qızğın rəqibi sayılan Makronu aşağılayacaq.
Hokstader əlavə edib ki, Fransa hazırda həm öz əsgərlərini, həm də bütün Qərbi təhlükə altında qoyur. Onun fikrincə, fransızlar Ukraynadan ölənlərin tabutlarını qarşılamağa hələ hazır deyillər.
Daha əvvəl bildirilmişdi ki, Fransa hərbçiləri münaqişənin lap əvvəlindən Ukraynadadırlar. Təlimatçıların vəzifəsi "Sezar" haubitsalarını cəbhə xəttinə qədər müşayiət etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.