RUSİYA

Rusiya Latın Amerikası ilə ticarətin dedollarizasiyası ilə bağlı danışıqlar aparır - XİN

Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin direktoru bildirir ki, de-dollarizasiyanın formaları müxtəlif ola bilər, lakin prioritet əməkdaşlığın inkişafıdır.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Moskva bir sıra Latın Amerikası ölkələri: Kuba, Nikaraqua, Venesuela, eləcə də BRİKS üzvləri ilə ticarət əlaqələrinin dedollarizasiyası ilə bağlı danışıqlar aparır, bu məsələdə irəliləyiş var. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin direktoru Alexandr Şetinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2024) məlumat verib.

"Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələri təmin etmək üçün qarşılıqlı fəaliyyətin ən məqbul və əlverişli formalarını tapmaq üçün biznes və bank strukturları arasında danışıqlar prosesi gedir. Bunlardan biri də milli valyutalar, "Mir" kartlarının dövriyyəyə buraxılmasıdır" - Şetinin deyib.

XİN rəsmisi vurğulayıb ki, dedollarizasiyanın formaları müxtəlif ola bilər, lakin prioritet əməkdaşlığın inkişafıdır.
"Biz bir çox ölkələrlə danışıqlar aparırıq" - o qeyd edib.
Bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2024) işə başlayıb. Məlumata görə, SPIEF-2024 iyunun 5-də işə başlayan forum iyunun 8-dək davam edəcək.
2024-cü ildə SPIEF 5-8 iyun tarixlərində keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.