RUSİYA

Rusiya Dəmir Yolları Türkmənistanda nümayəndəlik açır

Adıçəkilən qurumla Türkmənistan arasında əməkdaşlıq istiqamətləri arasında bu ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşımaların inkişafı üzrə birgə iş də göstərilir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Rusiyanın Dəmir Yolları Türkmənistanda nümayəndəliyini açıb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) şərq marşrutu üzrə daşımaları inkişaf etdirmək üçün bu ölkə ilə birgə infrastruktur layihələri həyata keçirəcək. Bu Barədə RİA Novosti qurumun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna təqdim etdiyi məlumatlara əsasən bildirir.
Daha əvvəl Rusiya Dəmir Yolları Türkmənistanda nümayəndəlik açmaq planlarını açıqlamışdı.

"2024-cü ildə "Rusiya Dəmir Yolları" ASC-nin Türkmənistanda nümayəndəliyi açılıb" - məlumatda deyilir.

Rusiya Dəmir Yolları ilə Türkmənistan arasında əməkdaşlıq istiqamətləri arasında bu ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşımaların inkişafı üzrə birgə iş də göstərilir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 5-dən 8-dək keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.