Peskov: Rusiyanın Olimpiadanı pozmaq cəhdləri ilə bağlı bəyanatlar böhtandır

Olimpiada bu ilin yayında Fransada keçiriləcək. Fransa Baş Daxili Təhlükəsizlik İdarəsi terror aktları təhlükəsi səbəbindən açılış mərasiminin ləğv edilməsi barədə tövsiyələr verib.
Sputnik
BAKI, 5 iyun — Sputnik. ABŞ-ın "Microsoft" şirkətinin Rusiyanın guya Parisdəki Olimpiya Oyunlarını pozmağa çalışdığı barədə iddiaları böhtandır. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, "Forbes"in "Microsoft"un "Rusiya təsir agentlərinin" Fransada keçirilən Olimpiadaya müdaxilə etmək niyyətində olduğu və müvafiq informasiya kampaniyaları apardığı barədə hesabatına istinadən məlumatını belə şərh edib.

"Onlar, heç bir əsası olmayan mesajlar kateqoriyasına aiddirlər. Təəssüf ki, biz belə hallarla getdikcə daha tez-tez qarşılaşırıq. Ancaq bunun reallıqla heç bir əlaqəsi yoxdur, bu tam bir böhtandır və başqa bir şey deyil" - Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, Olimpiada bu ilin yayında Fransada keçiriləcək. Fransa Baş Daxili Təhlükəsizlik İdarəsi terror aktları təhlükəsi səbəbindən açılış mərasiminin ləğv edilməsi barədə tövsiyələr verib. Rusiya və Belarusdan olan idmançılara neytral statusda yarışmaq icazəsi verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.