SƏHİYYƏ

Bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu dayandırılıb

I risk qrupuna aid tibb vasitələri istisna olmaqla dövlət qeydiyyatına alınmadan tibb vasitələri ölkəyə idxal oluna bilməz.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Azərbaycana gətirilən bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu müvəqqəti dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliyə əsasən, I risk qrupuna aid tibb vasitələri istisna olmaqla dövlət qeydiyyatına alınmadan tibb vasitələri ölkəyə idxal oluna bilməz:

"Yaxın günlərdə tibb vasitələrinin qeydiyyat prosesinin başlanılması gözlənilir. Bu baxımdan tibb vasitələrinin idxalı (I risk sinfinə daxil olan tibb vasitələri istisna olmaqla) və tibb vasitəsi olub-olmaması ilə bağlı ekspertiza üçün sənəd qəbulu müvəqqəti dayandırılır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.