DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus ŞƏT-in tamhüquqlu üzvü olacaq

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda keçiriləcək sammitində onun tamhüquqlu üzvü olacaq. Bu barədə ŞƏT-in baş katibi Çjan Ming bildirib.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.
Müşahidəçi ölkələr Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır.
2023-cü ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub. Orada Belarus təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.