RUSİYA

Baltikyanı ölkələrin gərginlik zonasına çevrilməsi riskləri artır - Rusiya XİN

Bir sıra Avropa ölkələrinin hakimiyyət orqanları Rusiyanın “qarşısını almaq” və Baltikyanı ölkələrlə Moskva arasında təbii əlaqələrin daha da kəsilməsinə cəhd etmək məqsədilə düşmənçilik kursunu davam etdirirlər.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Baltikyanı və Şimali Avropanın gərginlik zonasına çevrilməsi riskləri bu regionlardakı ölkələrin hakimiyyət orqanlarının Rusiyanın “qarşısını almaq” cəhdi, habelə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı düşmənçilik hərəkətləri ilə artır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Qeyd olunur ki, iyunun 5-də Kalininqradda Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titovun rəhbərliyi ilə RF-in Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Norveç, İsveç, Estoniya və Finlandiyadakı səfirlikləri rəhbərlərinin regional müşavirəsi keçirilib.

“Bildirilib ki, bu ölkələrin hakimiyyət orqanları Rusiyanı “tutmaq” və bizimlə təbii əlaqələri daha da kəsmək cəhdi ilə düşmənçilik kursunu davam etdirirlər. Baltik-Arktika regionunda hərbi-siyasi vəziyyəti dəyişən əlavə amil Finlandiya və İsveçin NATO-ya daxil olması oldu. Bu, Avrasiya qitəsinin bu hissəsinin gərginlik zonasına çevrilməsi risklərini artırır”, - məlumatda deyilir.

Nazirlikdən onu da əlavə ediblər ki, görüş zamanı Rusiyanın bu regionlardakı ölkələrlə əlaqələrinin vəziyyəti müzakirə olunub. Həmçinin diplomatik və konsulluq nümayəndəliklərinin “dost olmayan ölkələrin yaratdığı indiki çətin geosiyasi vəziyyətdə Rusiyanın maraqlarını qorumaq” vəzifələri aydınlaşdırılıb. Bundan əlavə, dost olmayan dövlətlərin anti-Rusiya siyasətinə qarşı hazırkı və gələcək tədbirlər müzakirə edilib.
"İnformasiya və hərbi memorial işləri, tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı mübarizə, həmvətənlərin hüquqlarının müdafiəsi, Rusiya səfirliklərinin fəaliyyətinin təmin edilməsinin praktiki məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - Rusiya XİN-in məıumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.