İQTİSADİYYAT

Azərbaycan və Rusiya SPİEF-də nələri müzakirə edəcəklər?

SPİEF çərçivəsində həmçinin "Dubay-Bakı: enerjidən maliyyəyə" panel sessiyasının keçirilməsi də gözlənilir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. İyunun 5-dən 8-dək Rusiyanın Şimal paytaxtında keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək.
Tədbir zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq. SPİEF proqramına əsasən, ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi diqqət mərkəzində olacaq.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaxın,Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvertin, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.
SPİEF çərçivəsində həmçinin "Dubay-Bakı: enerjidən maliyyəyə" panel sessiyasının keçirilməsi də gözlənilir ki, bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyası müzakirə olunacaq.
Xatırladaq ki, XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu gün açılıb, forum iyunun 8-dək davam edəcək.
Əsas müzakirə mövzusu "Çoxqütblü dünyanın əsası – yeni artım nöqtələrinin formalaşması" olacaq. Bu il SPİEF-də 136 ölkə iştirak edəcək, onlardan 45-i ali səviyyədə təmsil olunacaq.
SPIEF 2024-ün biznes proqramı dörd tematik trekdən ibarətdir: "Dünya iqtisadiyyatının çoxqütblü modelinə keçid", "Rusiya iqtisadiyyatı: yeni dövrün məqsəd və vəzifələri", "Liderliyi təmin edən texnologiyalar" və "Sağlam cəmiyyət, ənənəvi dəyərlər və sosial inkişaf - dövlət prioritetləri".
Proqrama 1000-dən çox moderator və məruzəçinin qatılacağı 150-dən çox tematik sessiya daxildir.
İlkin məlumata görə, forumda Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri, AZPROMO İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri, Dövlət Neft Şirkəti SOCAR-ın prezidenti və baş nazir daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.