SƏHİYYƏ

Zəhərlənmə səbəbilə 100 nəfər müraciət edib, 5-i ölüb

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.
Sputnik
BAKI, 4 iyun — Sputnik. May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.
Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anafilaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.
Qeyd edək ki, son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib.