RUSİYA

Zaxarova Ritterlə bağlı vəziyyətdən danışarkən ABŞ Konstitusiyasını xatırladıb

Eks-zabit Skot Ritter Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək istəyib.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyaya uçmasına icazə verilməyən ABŞ kəşfiyyatının keçmiş zabiti Skot Ritterlə bağlı vəziyyəti şərh edərkən Amerika hakimiyyətinə ABŞ Konstitusiyasına düzəlişləri xatırladıb.
Bu barədə o, özünün Telegram kanalında yazıb.
Qeyd edək ki, bazar ertəsi səhər Ritter, ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarının Nyu Yorkda təyyarəyə minərkən onun pasportunu əlindən aldıqlarını bəyan edib. O, bunun ABŞ Dövlət Departamentinin "sifarişi ilə" edildiyini iddia edir. Rusiyada eks-zabit Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək istəyib.
"Bu, ABŞ Konstitusiyasına birinci düzəliş və ya dördüncü düzəlişə uyğun olaraq edilib?" - diplomat vəziyyətə özünün Telegram kanalında reaksiya verib.
Bundan əvvəl Skott Ritter bildirmişdi ki, gömrük idarəetmə zabitləri onun çantalarını təyyarədən, sonra isə onun özünü Nyu-York hava limanından çıxarıblar.