RUSİYA

Serbiya prezidenti Rusiyaya dəstək məqsədilə SPIEF-də iştirak edəcək

Siyasətçi Rusiya Federasiyasına qarşı ağır və ədalətsiz sanksiyaların tətbiq olunduğunu qeyd edib.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Serbiya Respublikasının Prezidenti Milorad Dodik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edəcək.
Bunu siyasətçi "RİA Novosti"yə müsahibəsində deyib.
"Mən Foruma getmək istəyirəm, çünki indi bunun vaxtıdır" - Serbiya prezidenti qeyd edib.
Dodikin sözlərinə görə, o, foruma "ağır və ədalətsiz" sanksiyalar şəraitində Rusiya iqtisadiyyatını dəstəkləmək üçün gedəcək.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda silsilə tədbirlərdə iştirak edəcəyi bildirilib. Xüsusilə, dövlət başçısı forumun plenar iclasında çıxış edəcək.
"KP.RU" saytı yazıb ki, SPIEF 2024-cü ildə artıq ənənə halını almış böyük miqyasda keçiriləcək. Artıq 128-dən çox dövlət və ərazi tədbirdə iştirak etmək üçün müraciət edib və insanların sayına nəzər yetirsək, 12 mindən çox müraciət toplanıb. Onların hamısı dünyanın aparıcı iqtisadi ekspertləri, dövlət xadimləri, ən yaxşı sahibkarlar və analitiklərdir.