BAKI, 4 iyun — Sputnik. Rusiyanın Parisdəki səfirliyi Fransa hakimiyyətindən KİV-də Rusiya əleyhinə aparılan informasiya kampaniyasını dayandırmaq üçün tədbirlər görməyi tələb edir.
Bu barədə Rusiya mediası məlumat yayıb.
"Rusiyanın Fransadakı səfirliyi Fransa mediasında başlanan son rusofobik kampaniyaya qarşı kəskin etirazını bildirir. Rusiya diplomatik missiyasının mətbuat xidməti tərəfindən yayılan kommünikedə səfirlik Fransa hakimiyyətinə səbəbsiz və əsassız anti-Rusiya məlumat kampaniyasına son qoymaq tələbi ilə müraciət edir" - məlumatda deyilir.