BAKI, 4 iyun — Sputnik. Rusiya Federasiyası Türkiyənin BRİKS-ə marağını alqışlayır.
"RİA Novosti" xəbər verib ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz hamımız... Rusiyanın mühüm tərəfdaşlarından olan Türkiyənin BRİKS-ə artan marağı alqışlayırıq... Bu maraq mövzusu Rusiya Federasiyasının sədrliyi ilə keçiriləcək BRİKS sammitinin gündəliyində olacaq" - Peskov qeyd edib.
Eyni zamanda, Peskov əlavə edib ki, BRİKS, çətin ki, bu birləşməyə maraq göstərən bütün dövlətlərin maraqlarını tam təmin etsin.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, Tailand Nazirlər Kabineti BRİKS-ə qoşulmaq üçün niyyət məktubu layihəsini təsdiqləyib. Beynəlxalq təşkilata üzvlük Taylanda dünyada öz rolunu gücləndirməyə kömək edəcək.
Bundan əvvəl Venesuela 2024-cü ildə BRİKS-ə qoşulmaq ümidini bir daha bəyan etmişdi.