BAKI, 4 iyun — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenskinin müntəzəm xarici səfərləri Kiyevdəki gərgin vəziyyətlə əlaqələndirilə bilər.
Bunu britaniyalı analitik Aleksandr Merkuris "YouTube"dakı bloqunda deyib.
Ekspertin sözlərinə görə, hazırda Zelenskinin çox sayda problemləri var. Belə bir vəziyyətdə prezident öz ölkəsində qalmalıdır. Ancaq Kiyev rejiminin rəhbəri fərqli düşünür.
"O, Ukraynanın paytaxtında çətin vəziyyətə düşərək həmişə olduğu kimi, başqa ölkələrə getməyə qərar verir" Merkuris bildirib.
Analitik vurğulayıb ki, məhz buna görə Zelenski bu yaxınlarda Sinqapur və Filippinə səfər edib. O, yəqin ki, səfəri ilə ölkələri münaqişəyə sürükləməyə çalışıb.
Bu yaxınlarda məlum olub ki, Ukrayna prezidenti MDB ölkələrinin liderlərindən İsveçrədəki sammitdə iştirak etməyi xahiş edib. Ancaq hamı ona rədd cavabı verib.