İQTİSADİYYAT

İlham Əliyev: Qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək

4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir.
Bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlət başçısı qeyd edib: “Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.
***
Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil&Gas") və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin "Caspian Power" açılış mərasimi başlayıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Qeyd edək ki, 4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumunu birləşdirir.