RUSİYA

Lavrov: Ukraynadakı istənilən fransız hərbçisi Rusiya Silahlı Qüvvələrinin hədəfidir

Fransa Prezidenti Emmanuel Makron dəfələrlə Fransa qoşunlarını Ukraynaya göndərməklə hədələyib.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Ukraynada təlimçi və ya muzdlu kimi fəaliyyət göstərən istənilən fransız hərbi qulluqçusu Rusiya ordusu üçün qanuni hədəfdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, fransalı təlimatçıların artıq Ukraynada işlədiyini deməyə əsas var. Nazir bildirib ki, bunu sübut edən çoxlu faktlar mövcuddur.
"Onlar kim olur-olsunlar - Fransa silahlı qüvvələrinin üzvləri və ya sadəcə muzdlular, silahlı qüvvələrimiz üçün tamamilə qanuni hədəfdirlər", - Lavrov vurğulayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron dəfələrlə Fransa qoşunlarını Ukraynaya göndərməklə hədələyib.
"The Washington Post" yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Parisin öz təlimatçılarını Ukraynaya göndərmək qərarına cavab olaraq Rusiya Silahlı Qüvvələrinə onlara zərbələr endirmək əmri verə bilər. Kreml bunu şərh edərkən qeyd edib ki, Qərb təlimatçılarının Rusiyanın zərbələrinə qarşı immunitetləri yoxdur.