BAKI, 3 iyun — Sputnik. İsveçrədə Ukrayna münaqişəsi ilə bağlı keçiriləcək sammitdə psixi və fiziki sağlamlıq problemləri kimi məsələlər müzakirə olunacaq.
Bu fikri bazar ertəsi, iyunun 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşıb.
Diplomat iki xəbərə diqqət çəkib. İlk növbədə, bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin filippinli həmkarı kiçik Ferdinand Markosa Ukraynaya psixiatrların göndərilməsi ilə bağlı müraciətidir. Bu xəbər hadisəsindən sonra məlum olub ki, İsveçrədə keçiriləcək sammitdə Avstraliyanı Kiyevin təkid etdiyi kimi, ölkənin baş naziri və ya onun müavini deyil, Əlillərin Sığorta Sistemi naziri Bill Şorten təmsil edəcək.
"Nəhayət, Zelenski həqiqəti söylədi, Qərb isə bunu qəbul etdi. Məhz bunlar "İsveçrə konfransı" adlanan konfransın iştirakçılarının həll etməli olduğu problemlərdir" - siyasətçinin "Telegram" kanalında dərc olunmuş mesajında qeyd olunub.
Bir gün əvvəl, iyunun 2-də Zelenski Ukrayna üzrə 15-16 iyun tarixlərində keçirilməsi planlaşdırılan sammitin pozulmaq təhlükəsi ilə üzləşdiyindən şikayətlənib. Dövlət başçısı ABŞ Prezidenti Co Baydenin də tədbirdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.