CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 3 iyun — Sputnik. İyunun 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 3-də kim anadan olub?
Nikolay Burdenko (1876 - 1946) - Sovet və Rusiya cərrahı, SSRİ-də neyrocərrahiyyənin banilərindən biridir. O, 1937-1946-cı illərdə Qızıl Ordunun baş cərrahı olub.
Nikolay Burdenko
Yuliya Baranovskaya (1980) - Rusiyanın radio və televiziya aparıcısıdır. O, aparıcı karyerasına 2014-cü ildə başlayıb.
Yuliya Baranovskaya
Rafael Nadal (1986) - ispan tennisçi, dəfələrlə Böyük Dəbilqə qalibi və ikiqat Olimpiya çempionudur.
Rafael Nadal
Yekaterina Skulkina (1976) - rusiyalı aktrisa və 2006-cı ildən 2020-ci ilə qədər qadın yumoristik "Comedy Woman" televiziya şousunun iştirakçısıdır.
Yekaterina Skulkina
3 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1785-ci ildə böyük hündürlükdən tullanma həvəskarı olan fransız Fransua Blanşar ilk dəfə bu üsulla köpəyi 300 metr hündürlükdən yerə endirib. Bu təcrübə uğurlu olub - heyvan heyrətlənən tamaşaçıların gözləri qarşısında uğurla yerə edib və məhz bu gün paraşütün yaranma günü kimi tarixə düşüb.
1837-ci ildə London yaxınlığında dünyada yarış üçün ilk maneəli cıdır meydanı açılıb.
1965-ci ildə amerikalı astronavt Edvard Uayt açıq kosmosa çıxan ilk amerikalı astronavt olub. Açıq kosmosa çıxış "Cemini-4" kosmik gəmisində uçuş zamanı həyata keçirilib.
astronavt
1970-ci ildə hind əsilli amerikalı bioloq Har Qobind Korana ilk süni geni sintez edib.
BMT-nin Baş Assambleyası velosiped və onunla bağlı üstünlüklərin təşviqi məqsədilə 2018-ci ildə iyunun 3-ü gününü Ümumdünya Velosiped Günü elan edən qətnamə qəbul edib.
"Əziz Şuşa” beynəlxalq velosiped yarışını
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.