BAKI, 3 iyun — Sputnik. Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanması üçün hər şeyi edir.
Bu barədə jurnalistlərə baş nazir aparatının rəhbəri Araik Arutyunyan məlumat verib.
"Sənəddə erməni tərəfinin maraqları da nəzərə alınmalıdır", - o bildirib.
A.Arutyunyan əmindir ki, sazişin imzalanması Ermənistan və bütövlükdə regionda sülh üçün daha ciddi təminatlar yaradacaq.