BAKI, 3 iyun — Sputnik. Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada rəsmi səfərdədir.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfər çərçivəsində Sloveniya Prezidenti Nataşa Pirç-Musar, parlamentin sədri Urşka Klakoçar-Zupançiç və baş nazirin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon ilə ikitərəfli görüşlər nəzərdə tutulub.
Ermənistan nümayəndə heyətinin səfiri iyunun 6-dək davam edəcək.