BAKI, 3 iyun — Sputnik. İrəvanda Ermənistan İstintaq Komitəsinin binası qarşısında etirazçılar komitənin rəhbəri və ya nümayəndələri ilə görüş tələb edirlər. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
"Biz tələb edirik ki, istintaq komitəsinin rəhbəri Arqişti Kərəmyan və ya İstintaq Komitəsinin hansısa nümayəndəsi camaaatın qarşısına çıxsın, tələbləri dinləsin və suallara cavab versin" - hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.
Onun sözlərinə görə, İstintaq Komitəsi aksiya iştirakçılarına polis zorakılığı ilə bağlı hərəkətsizliklə əlaqədar izahat verməlidir.
Mayın 9-dan İrəvanda Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycana verilməsi tələbi ilə etirazlar keçirilir. Etiraz aksiyasına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Etiraz hərəkatının iştirakçıları onun Ermənistan hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürüblər.