BAKI, 3 iyun — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanın strukturla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir. Bunu KTMT Parlament Assambleyası (PA) Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
"Ümid edirik ki, Ermənistan siyasi rəhbərliyi KTMT ilə əlaqələrinin perspektivlərini aydınlaşdıracaq. Bu, ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün bizim assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı".
Eyni zamanda, baş katib qeyd edib ki, son bir il ərzində Ermənistandan olan həmkarlar təşkilatın tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıblar.
"Bununla belə, Ermənistan Respublikası təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəlikləri tam şəkildə saxlanılır", - deyə Tasmaqambetov vurğulayıb.