CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BakuBus daha bir şəhərə sərnişin daşıyacaq

Marşrut xətti üzrə gediş haqqı 9 manat 20 qəpik təşkil edir.
Sputnik
BAKI, 3 iyun — Sputnik. BakuBus əhatə coğrafiyasını genişləndirməyə davam edir. "BakuBus" MMC-dən Sputnik Azərbaycan-a bildirilib ki, Bakı - Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib. Marşrut xətti üzrə gediş haqqı 9 manat 20 qəpik təşkil edir.
Xatırladaq ki, ötən ayın 27-dən "BakuBus" MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb. Bakubus avtobusları ilə Gəncəyə reyslərin qiyməti adambaşına 10 manat 40 qəpik təşkil edir.