BAKI, 3 iyun — Sputnik. İyunun 3-4-də Belarusda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək və orada Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.
Avrasiya Hökumətlərarası Şurası proqramının bir hissəsi hökumət başçılarının "Belagro-2024" sərgisini ziyarət edəcəyi "Böyük Daş" sənaye parkında baş tutacaq. Bundan başqa, Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyinə dair plenar iclası keçiriləcək.
Hökumətlərarası Şuranın iclası isə Nesvijdə keçiriləcək.
Bundan əlavə, Azərbaycanın Baş naziri Əli Əsədov fəxri qonaq qismində çıxış edəcək.