BAKI, 2 iyun - Sputnik. Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın 30 il ərzində NATO üzvü olmayacağına əminliyini ifadə edib.
Bu barədə o, Almaniya vətəndaşları ilə söhbəti zamanı bildirib.
Şolts xatırladıb ki, yaxın gələcəkdə alyans üzvləri Ukraynanın qoşulması imkanlarını müzakirə etmək niyyətində deyillər:
“Qərarları bilirsiniz, bu, yaxın gələcəkdə gözlənilmir. Ola bilsin ki, növbəti 30 il ərzində”.
Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna alyansın iyulda keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət almayacaq. Eyni zamanda, sammit zamanı müttəfiqlər “Kiyevə əhəmiyyətli dəstək” nümayiş etdirməyi planlaşdırırlar.