CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 2 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 2 iyun — Sputnik. İyunun 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 2-də kimlər anadan olub?
Conni Vaysmüller (1904 - 1984) - amerikalı üzgüçü və beşqat Olimpiya çempionudur. O, 100 metr məsafəni bir dəqiqədən az müddətdə qət edən ilk üzgüçüdür. Vaysmüller aktyor kimi də tanınır və onun ən məşhur rolu hər kəs tərfindən sevilən macəra filmləri silsiləsindəki Tarzan roludur.
Conni Vaysmüller
Stanislav Çekan (1922 - 1994) - Sovet və Rusiya aktyoru, RSFSR-in əməkdar artistidir. O, "Alayın oğlu", "Sevastopol", "Təkrar toy" və s. filmlərdə rol alıb.
Stanislav Çekan
Uentuort Erl Miller (1972) - amerikalı aktyor və ssenaristdir. O, "Qaçış", "Romeo və Culyetta", "Yeni Janna D'Ark" və digər filmlərdə bir çox obrazları canlandırıb.
Uentuort Erl Miller
Castin Lonq (1978) - amerikalı kino aktyorudur. O, "Cipers Kripers", "Elvin və burunduklar", "Məni cəhənnəmə sürüklə", "Gülməli adamlar" və s. filmlərdə rol alıb.
Castin Lonq
2 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1924-cü ildə ABŞ-da doğulan bütün hindular Amerika vətəndaşlığını alıblar.
1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya bölməsi yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli sərəncamına əsasən, iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
1946-cı ildə İtaliyada referendumun nəticələrinə əsasən respublika elan edilib. Qadınlara səs vermək hüququ verilib.
1953-cü ildə Böyük Britaniya Kraliçası II Yelizavetanın tacqoyma mərasimi keçirilib. Bu hadisə ilk dəfə televiziyada yayımlanıb.
2010-cu ildə Kambriya qraflığında (Böyük Britaniya) kütləvi qətl hadisəsi baş verib. Burada kişi 12 nəfəri güllələyib, 25 nəfəri yaralayıb, sonra isə özü intihar edib.