BAKI, 2 iyun - Sputnik. İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
02.06.24, 12:11
İstanbulun Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən bina çöküb. Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. 2-si ağır olmaqla 7 nəfər xəsarət alaraq xilas edilib, dağıntılar altında qalan 2 nəfərin xilasetmə işləri davam etdirilir.
Bu barədə TRT Haber məlumat yayıb.
Kartaltəpə rayonu Belediye küçəsi ilə Geçit küçəsinin kəsişməsində 3 mərtəbəli yaşayış binası naməlum səbəbdən uçub.
Xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu xilasetmə, sağlamlıq, polis vəxilasedicilər sövq edilib.
Bildirilib ki, bina uçandan sonra bir nəfər öz imkanları ilə dağıntılar altından çıxıb və içəridə qalanlar barədə qruplara məlumat verib.
İstanbul valisi Davud Gül hadisə yerinə baxış keçirərək bu sözləri deyib:
“Aşağı mərtəbə 3 mərtəbəli bina öz-özünə uçub. İkisi ağır olmaqla 7 nəfər xəsarət alıb, xilasetmə işləri davam edir. Dağıntılar altında daha 2 nəfərin olduğu bildirilir. Bizə çatan ölüm faktı və ya xəbər yoxdur. Bina 1988-ci ildə tikilib və uçmanın heç bir səbəbi məlum deyil. Məhkəmə və inzibati proses davam edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.