RUSİYA

Putin Qərbə Ukraynada münaqişənin gərginləşməsinin riskləri barədə xəbərdarlıq edib

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, kiçik Avropa ölkələri Rusiyanı təxribata çəkməklə bağlı riskləri nəzərə almalıdır.
Sputnik
BAKI, 2 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Qərbə Aİ və ABŞ tərəfindən Ukraynada münaqişənin gərginləşməsinin ciddi nəticələri barədə xəbərdarlıq edib.
Britaniyanın “Daily Express” qəzeti bu barədə yazıb.
Bu bəyanat Daşkənddə keçirilən mətbuat konfransında Rusiya liderinin NATO üzvlərinin Avropadakı roluna işarə etdiyi zaman verilib. Rusiya Federasiyasının prezidenti qeyd edib ki, kiçik Avropa ölkələri Rusiyanı təxribata çəkməklə bağlı riskləri nəzərə almalıdır.
“Putin Ukraynadakı münaqişənin kəskinləşməsi ilə bağlı Qərbə ciddi xəbərdarlıq edərək, dəhşətli qlobal nəticələrin potensialını vurğulayıb” - nəşr yazıb.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna hakimiyyəti ABŞ-ın Rusiyaya Amerika silahları ilə zərbələr endirmək qadağasını qismən ləğv etməsindən məyus olub.