“Bununla yanaşı, Bakıdan artıq uçuş həyata keçirən aviadaşıyıcılar yeni istiqamətlər təklif edir və ya mövcud istiqamətlər üzrə uçuş tezliklərini artırır. Məsələn, iyun ayından etibarən Bakı hava limanından Batumi, Bişkek, Buxarest, Sofiya, Bodrum, Dalaman və Maskat kimi şəhərələrə müntəzəm uçuşlar başlayacaq. Bundan başqa Türkiyənin populyar kurort şəhərləri - Antalya, İzmir, Trabzon, Dalamana uçuşların tezliyi artırılır. “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”, “Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” aviaşirkətləri tərəfindən Əbu-Dabi, Şarja, Dubay şəhərlərinə, Bəhreyn və Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Həmçinin, Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen, Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artdığı istiqamətlər sırasındadır”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.