BAKI, 1 iyun - Sputnik. Rusiyada dünyanın ilk yerüstü kamikadze robotu olan “Depeşa” yaradılıb. O, coystik və FPV dəbilqəsi ilə idarə olunur.
Bu barədə “Rostex”in mətbuat xidməti xəbər verib.
Maşın düşmənin texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Hazırda kamikadze robot, xüsusi əməliyyat zonası da daxil olmaqla, sınaqdan keçirilir.
Robotun vacib xüsusiyyətləri arasında yığcamlıq, manevr qabiliyyəti və daşıma qabiliyyəti var. Son rəqəm 150 kiloqramdır.
Robot rusiyalı əsgərlərə ərzaq və sursatları tez və sakit şəkildə çatdıra, həmçinin yaralı əsgərləri evakuasiya edə bilir. Bundan əlavə, o, ərazini minalamaq işlərini yerinə yetirə biləcək.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasında döyüş xəsarətlərinin diaqnostikası üçün portativ rentgen aparatını yaradılıb.