BAKI, 31 may — Sputnik. ABŞ-ın Ukraynaya Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə icazə verməsi xüsusi əməliyyatın gedişinə heç bir şəkildə təsir etməyəcək, lakin ABŞ üçün təhdidlər yaranacaq, eskalasiya dərəcəsini artıracaq, Rusiya asimmetrik cavab verəcək. Bu barədə RİA Novosti-yə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi RİA Novosti-yə bildirmişdi ki, ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisində Xarkov ərazisini təhdid edən hədəflərə qarşı əks-batareya döyüşü üçün ABŞ silahlarından istifadə etməyə icazə verib, lakin ATACMS operativ-taktiki raketlərindən və digər uzaqmənzilli atəş silahların istifadə qadağasını qüvvədə saxlayıb.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, NATO ölkələrinin nümayəndələri Kiyevin Ukrayna Silahlı Qüvvələrinə ötürülən raket sistemləri ilə Rusiya ərazisinin dərinliklərində "qanuni hədəfləri" vurmaq planlarından danışarkən nə ilə oynadıqlarını bilməlidirlər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının ərazisinə yeni hücumlara mümkün cavabı şərh edərkən bildirib ki, dövlət başçısı və hərbçilər bundan xəbərdardırlar, müvafiq cavab tədbirləri görürlər və onlara hazırlaşırlar.