NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarında iştirak payı alıb

İmzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Sputnik
BAKI, 31 may — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və "Umm Lulu" yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.
SOCAR-ın məlumatına görə, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Saziş imzalanıb
Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında "mavi hidrogen", geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.